• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

İDMAN

Çempionlar Liqası: Qrup mərhələsinə yekun vuruldu

  • 2644 dəfə
  • Tarix 07 Dekabr 2017 / 02:07
  • Lent.az

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

 

F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda "Mançester Siti"yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.

 

E qrupunda isə "Liverpul" "Spartak"ın daşını daş üstə qoymayıb - 7:0. İngilislərə qoşulan ikinci komanda isə "Maribor"la heç-heçə oynayan "Sevilya" olub. 

 

G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.

 

Çempionlar Liqası, qrup mərhələsi

6 dekabr

E qrupu

23:45 Liverpul (İngiltərə) - Spartak (Rusiya) 7:0

23:45 Maribor (Sloveniya) - Sevilya (İspaniya) 1:1

 

F qrupu

23:45 Şaxtyor (Ukrayna) - Mançester Siti (İngiltərə) 2:1

23:45 Feyenoord (Hollandiya) - Napoli (İtaliya) 2:1

 

G qrupu

23:45 Leyptsiq (Almaniya) - Beşiktaş (Türkiyə) 1:2

23:45 Portu (Portuqaliya) - Monako (Fransa) 5:2

 

H qrupu

23:45 Tottenhem (İngiltərə) - APOEL (Kipr) 3:0

23:45 Real (İspaniya) - Borussiya D (Almaniya) 3:2

 

Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.

 

Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.

 

Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.