• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

DÜNYA

BMT təcili iclas keçirəcək

  • 1244 dəfə
  • Tarix 07 Dekabr 2017 / 02:53
  • Lent.az

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

 

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə -  Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

 

İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.