• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

DÜNYA

Şimali Koreya: Müharibə qaçılmazdır

  • 1897 dəfə
  • Tarix 07 Dekabr 2017 / 06:04
  • Lent.az

Son zamanlar ABŞ Silahlı Qüvvələri Koreya yarımadası ətrafında indiyədək görünməmiş irimiqyaslı  hərbi təlimlər həyata keçirir, yüksək rütbəli siyasətçilər ardıcıl olaraq KXDR-ə qarşı sərt bəyanatlar səsləndirir.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya xarici işlər nazirliyinin bəyanatında bildirilir.

 

“Hədə və təhdidlərlə dolu bəyanatları xəbərdarlıq kimi qiymətləndirərək, müharibəyə hazırlaşmalıyıq. Müharibə arzulamasaq da, ondan gizlənən də deyilik. Hazırda ortada bir sual durur – müharibə nə vaxt başlayacaq”, bəyanatda deyilir.