• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

HADİSƏ

Xırdalandakı yağın zamanı 9 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

  • 2337 dəfə
  • Tarix 07 Dekabr 2017 / 13:17
  • Lent.az
Xırdalanda yaşayış binasında baş verən yanğın hadisəsilə bağlı Fövqəladı Hallar Nazirliyi məlumat yayıb. 
 
Lent.az FHN-nin saytına istinadən bildirir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.  Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilmişdir. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparıllb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 
 
 
 
11:27
 
Xırdalanda yaşayış binasında yanğın olub.
 
APA-nın məlumatına görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.
 
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.