• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

MAQAZİN

Çinarə Məlikzadə Türkiyədə konsert verdi - FOTOLENT

  • 1571 dəfə
  • Tarix 07 Dekabr 2017 / 11:59
  • Yalçın UĞUR

 

Sosial şəbəkədə ifaları ilə fenomenə çevrilən Çinarə Məlikzadə Türkiyədə konsert verib. Lent.az-ın məlumatına görə, Çinarə İstanbulda iki, Ankarada isə bir məkanda çıxış edib. O, təxminən 3 saat canlı ifa edib. Müğənni repertuarına Azərbaycan və Türkiyənin məşhur bəstəkarlarının əsərlərini daxil edib. Bu məqamda qeyd edək ki, Məlikzadə sözügedən konsertlərdən böyük məbləğdə qonorar əldə edib.

 

Xatırladaq ki, Çinarə bir müddət əvvəl Türkiyədə böyük bir layihəyə imza atıb. Belə ki, sənətçi sözləri Rəşad Əmirov, musiqisi Ramal İsrafilova məxsus “Vurulmuşam” mahnısını türkiyəli müğənni Mustafa Ceceli ilə duet oxuyub. Həmin ifa Cecelinin “Simsiyah” albomunda yer alıb.