• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

SİYASƏT

Vəkillər Kollegiyasının yeni sədri bilindi - FOTO - YENİLƏNİB

  • 2092 dəfə
  • Tarix 07 Dekabr 2017 / 11:48
  • APA

 

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.
 
APA-nın məlumatına görə, yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya yeni sədr seçilib.
 
Kollegiya üzvləri səsvermə yolu ilə kollegiyanın Rəyasət Heyərtinin üzvü, vəkil Anar Bağırovu sədr seçiblər.
 
Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.
 
Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. 
 

 

 

11:36

 

 

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.


APA-nın məlumatına görə, yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya Anar Bağırov yeni sədr seçilib.


Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.