• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

HADİSƏ

20 yaşlı Ayşənin ölümünə səbəb olan həkimə cinayət işi açıldı

  • 2131 dəfə
  • Tarix 07 Dekabr 2017 / 12:44
  • Nizam Rza

Bakıda gənc qızın xəstəxanada vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan Lent.az-a bildirilib ki, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra səhhəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

 

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.