• EUR  
  • USD  
  • RUB

SİYASƏT

"Dağlıq Qarabağda toqquşmaların artması narahatlıq yaradır" - ATƏT PA

  • 582 dəfə
  • Tarix 07 Dekabr 2017 / 13:46
  • APA

"Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏTməkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm".

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

 

O bildirib ki, Dağlıq Qarabağda döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.