• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

İQTİSADİYYAT

Sumqayıt İcra Hakimiyyətinə 7 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 1372 dəfə
  • Tarix 15 Dekabr 2017 / 18:07
  • Lent.az

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7 milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon manat ayrılıb.

 

Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.