• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

İndoneziyada güclü zəlzələ - ölən və yaralılar var - YENİLƏNİB

  • 2809 dəfə
  • Tarix 16 Dekabr 2017 / 02:24
  • Lent.az

İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, Yava adasının qərb bölgəsində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib.

 

Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

 

***

 

İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.