• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

25 yaşlı oğlan özünü asdı - Göyçayda

  • 3346 dəfə
  • Tarix 16 Dekabr 2017 / 00:00
  • Lent.az

Göyçayda intihar hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

 

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.