• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

MAQAZİN

2017-ci ilin ən gəlirli aktyorları bəlli oldu

  • 1372 dəfə
  • Tarix 16 Dekabr 2017 / 05:54
  • Lent.az

Amerikanın "Forbes" jurnalı kinostudiyalara ən çox gəlir gətirən Hollivud aktyorlarınınn siyahısını müəyyənləşdirib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə,  reytinqin lideri "Çətin tapşırıq" və "İntiqamçılar" kimi filmlərdə oynadığı rollarla məşhurlaşan Ceremi Renner olub. Aktyor ona sərf olunan hər 1 dollara görə, orta hesabla 93,80 dollar gəlir gətirir. Siyahıda ikinci yeri "Gözəlçə və Bədheybət", həmçinin "Yer kürəsi" filmlərinə çəkilən Emma Vatson tutub. Aktrisa ona qoyulan 1 dolların əvəzində kinostudiyaya orta hesabla 70 dollar pul qazandırır.

 

"İntiqamçılar" filminin daha bir təmsilçisi olan Skarlet Yohannson orta hesabla 60 dollar gəlir gətirən aktrisa kimi üçüncüdür. Siyahıda 4 və 5-ci yerləri Kris Prett (33,4 dollar) və Emi Adams (46,1) bölüşürlər.