• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Qəribə olay: 40 dəqiqə paltaryuyan maşında yuyulan pişik sağ qalıb

  • 3807 dəfə
  • Tarix 16 Dekabr 2017 / 16:37
  • Ləman Mustafaqızı

Norveçin Oslo şəhərində qəribə hadisə baş verib. Lent.az-ın ria.ru-ya istinadən məlumatına görə, Zero adlı pişik 40 dəqiqə paltaryuyan maşında 30 dərəcə temperaturda yuyulsa da, sağ qalıb.

 

Pişik qəfil barabana toxunaraq səs salıb. Ev sahibi paltaryuyana normadan artıq paltar qoyduğunu düşünərək maşını saxlayıb ki, paltarların bir hissəsini çıxartsın. Bu zaman o,  paltarların arasında pişiyi görüb.  

 

Paltaryuyan maşından çıxarılan pişik normal görünsə də, qaytarmağa başlayan kimi sahibləri onu dərhal baytara aparıb. İki gün klinikada qaldıqdan sonra pişik tam sağlam sahibinə təslim edilib.