• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

HADİSƏ

Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə öldü - Ana yaralandı

  • 3423 dəfə
  • Tarix 16 Dekabr 2017 / 12:36
  • Lent.az

Bakının Sabunçu rayonunda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə dekabrın 15-də baş verib. Belə ki, rayonun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilib anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.