• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

DÜNYA

Sabiq baş nazirin oğlu intihar edib - TƏFƏRRÜAT YENİLƏNİB

  • 9753 dəfə
  • Tarix 16 Dekabr 2017 / 14:14
  • Ləman Mustafaqızı
İstanbulda evində ölü tapılan Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın intihar etdiyi məlum olub.
 
Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, ailəsi xaricdə olan 38 yaşlı Y. Yılmaz evdə tək qalırmış. Səhər saatlarında mühafizə polisləri onun yaşadığı evin qapısını döyüb, açan olmayınca polislər ona zəng ediblər. Telefona da cavab verən olmayınca çilingər çağırıb qapını açdırıblar. İçəri girən polislər Yılmazı qanlar içində tapıb.

 

İstanbul polisinin apardığı araşdırmaya görə, Yavuz Yılmazın başına silahla atəş açaraq özünü öldürüb.

 
 
 
13:06
 
 
 
Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
 
 
 
APAnın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etməsindən şübhə edilir.
 
 
 
Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmaz oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönmək üçün hərəkətə keçib.
 
 
 
Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə “CFS İstanbul Yatırım A.Ş” bir şirkəti var. İki qardaş bir ara İstanbulda tikilən üçüncü hava limanında torpaq daşınması işi ilə də məşğul olub.
 
 
 
Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evli olub, 3 il sonra cütlük ayrılıb.