• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bakıda jurnalistlər üçün təlim keçirilib - FOTO

  • 259 dəfə
  • Tarix 15 Dekabr 2017 / 17:06
  • Lent.az

Bakıda jurnalistlər üçün “Qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təşviq edilməsində medianın rolunun artırılması” mövzusunda təlim keçirilib.

 

Lent.az-ın xəbərinə görə, təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı ​çərçivəsində təşkil edilib.

 

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib, təlimin məqsədi və gözləntilər barədə danışıb, seçilmiş jurnalistlərlə çox maraqlı təlim və müzakirələrin keçəcəyinə inamını bildirib.

 

BMT İnkişaf Proqramının layihə üzrə qadınların səlahiyyətləndirilməsi üzrə eksperti Samir Əliyev təlimin daha səmərəli keçməsi üçün iştirakçı jurnalistlərin təlimçi və təşkilatçılara yardımçı olacaqlarına ümid bəslədiyini qeyd edib və müzakirələrin təlimin nəticələrinin qiymətləndirilməsində rol oynayacağını vurğulayıb.

 

Təlimin birinci hissəsinin ilk sessiyasında qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi, müəyyənliyi, əhəmiyyəti və əsas xüsusiyyətləri, sosial-iqtisadi problemlər və maneələr müzakirə edilib.

 

İkinci sessiya qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi - Azərbaycanda mövcud durum və media üçün mesajlar, Azərbaycanda sosial-iqtisadi sahələrdə qadınların iştirakçılığının mövcud səviyyəsi,  əsas problemlər, qadınların sosial-iqtisadi hüquqları ilə bağlı məsələlərin mediada işıqlandırılması və jurnalist araşdırmalarına həsr edilib.

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Mehtiyev təlimçi qismində seçilmiş müzakirə mövzularını iştirakçı jurnalistlərin diqqətinə çatdırıb.

 

Təlimin ikinci hissəsi hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova tərəfindən edilən təqdimatlarla müşayiət edilib. İkinci hissə də iki sessiyadan ibarət olub.

 

3-cü sessiyada bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrıseçkilik daha geniş insan hüquqları çərçivəsində, 4-cü sessiyada isə media və ayrı-seçkilik hallarının işıqlandırılması mövzularında yayılması təqdimat edilib və təlim iştirakçısı olan jurnalistlərlə müzakirə aparılıb.

 

Təlim zamanı uğurlu təcrübələr də bölüşülüb, ənənəvi problemlərin çıxış yolları müzakirə edilib.