• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Əfqanıstanda 16 terrorçu məhv edilib

  • 912 dəfə
  • Tarix 16 Dekabr 2017 / 21:33
  • Lent.az

Əfqanıstanın Kunar və Nanqahar əyalətlərində azı 16 "Taliban" və İŞİD terrorçusu məhv edilib.

 

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, 2 İŞİD üzvü NATO PUA-nın Nanqahar əyalətinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib.

 

Nanqahar əyalətinin Hocani rayonunda keçirilən xüsusi əməliyyat zamanı 4 "Taliban" üzvü məhv edilib, 8-i isə yaralanıb.

 

Kunar əyalətinin Qazi Abad rayonunda terrorçuların hücumunun qarşısı alınarkən 10 "Taliban" terrorçusu məhv edilib.