• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

HADİSƏ

Bakıda 4 otaqlı ev yandı

  • 926 dəfə
  • Tarix 17 Dekabr 2017 / 02:59
  • Lent.az

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərin Binəqədi rayonunda hər mərtəbəsi 150 m2 olan  ikimərtəbəli 4 otaqlı mansard tipli evin 1-ci mərtəbəsində baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə, 2-ci mərtəbəsində 3 otağın və mansardın yanar konstruksiyaları 150 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. ​