• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

DÜNYA

“National Geographic”in əməkdaşlarını bıçaqladılar

  • 1072 dəfə
  • Tarix 17 Dekabr 2017 / 05:05
  • Lent.az

Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs “National Geographic” jurnalının əməkdaşlarına hücum edib, nəticədə iki müxbir bıçaq xəsarətləri alıb.   

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident populyar turizm məkanında baş verib. Hücum edən 53 yaşlı Niger vətəndaşı saxlanılıb.  

 

Qabonda 19 ildir məskunlaşan saxlanılan şəxs hücumu “ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı elan etdiyinə görə” törətdiyini etiraf edib.    

 

Məlumata görə, xəsarət alan müxbirlərdən birinin vəziyyəti ağırdır. Onların Danimarka vətəndaşı olduğu bildirilir.  

 

Araşdırma davam etdirilir.