• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

MƏDƏNİYYƏT

Tbilisidəki Azərbaycan teatrı üçün 2 ərazi təklif edilib

  • 1608 dəfə
  • Tarix 26 Dekabr 2017 / 21:38
  • Lent.az

Tbilisidəki Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yeni binası üçün iki yerdə torpaq sahəsi təklif olunub.

 

APA-nın yerli bürosunun məlumatına əsasən bu barədə Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib.

 

O bildirib ki, torpaq sahələri teatrın hazırda olduğu yerə yaxın yerləşir: "Azərbaycan tərəfinin hansı sahəni seçəcəyi ilə bağlı qərarını gözləyirik. Teatr üçün yeni binanın tikilməsi ilə bağlı öhdəliyi SOCAR şirkəti öz üzərinə götürüb".