• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

MƏDƏNİYYƏT

Faiq Ağayevin konserti DTX Mədəniyyət Mərkəzində keçirildi

  • 2738 dəfə
  • Tarix 28 Dekabr 2017 / 20:50
  • Lent.az

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə DTX rəisi, general - leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları, sənətçinin ailə üzvləri iştirak edib.

 

DTX-nın əməkdaşlarından ibarət özfəaliyyət kollektivi xalq artistinin repertuarından müxtəlif mahnıları ifa edib.

 

Sənətçi konsertin təşkilinə görə minnətdarlıq ifadə edib: "Öz mahnılarımı başqalarının ifasında dinləməkdən məmnun qaldım. Bunu sabah doğum günümə ən böyük hədiyyə hesab edirəm".

 

Daha sonra F. Ağayev repertuarından sevilən mahnılarını ifa edib.

 

Proqram zamanı F. Ağayevin sənət yoldaşları və yaxınlarının təbriklərinin yer aldığı video - çarx nümayiş olunub.

 

 

Qeyd olunub ki, 1971 - ci ildə Bakıda anadan olan F. Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib və həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub.

 

"Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

 

F. Ağayevə 2000-ci ildə Azərbaycanın əməkdar atisti, 2008-ci ildə xalq artisti fəxri adları verilib.