• EUR 1.9658  
  • USD 1.7  
  • RUB 0.0267

MƏDƏNİYYƏT

"Azərkitab" gənc yazarlara diqqət göstərir

  • 1827 dəfə
  • Tarix 29 Dekabr 2017 / 18:05
  • APA

 

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” elm və təhsilin inkişafında, gənc nəslin milli ruhda yetişməsində, nitq və təfəkkürün formalaşmasında mühüm mənəvi tərbiyə vasitəsi olan mütaliənin rolunu yüksəltmək məqsədi ilə gənc yazarlara dəstək göstərir.
 
 
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” nin layihə rəhbəri Sabir Həsənov qeyd etmişdir ki, Mərkəz olaraq kitabla bağlı bir çox layihələri həyata keçirmişik və keçirməkdə də davam edəcəyik.
 
 
Dekabrın 22-də “Azərkitab-Kitab Təbliğatı Mərkəzi”ndə gənc yazar Səidə Seyidovanın “Gerçəklər və Xəyallar” adlı kitabının təqdimatı bu silsilə tədbirlərdəndir 
 
 
Səidə Seyidova bu kitabı real həyatda baş vermiş hadisələr əsasında, bir-birini uşaqlıqdan tanıyan iki gəncin sevgi heykayəsindən təsirlənərək qələmə aldığını bildirib. Tədbir iştirakçıları gənc yazarın kitabı haqqında fikirlərini bölüşüblər. Müəllifin yaxınları, müəllimləri, kitabsevərlər və media nümayəndələri təqdimat mərasimində iştirak ediblər. 
 
 
Sonda müəllif tədbirə qatılan hər kəsə təşəkkürünü bildirib.