• EUR 2.0981  
  • USD 1.7  
  • RUB 0.0279

İDMAN

Dünyanın ən bahalı futbolçuları - Siyahı

  • 2479 dəfə
  • Tarix 08 Yanvar 2018 / 23:53
  • Lent.az

“CIES Football Observatory” portalı futbolçuların qiymətini müəyyənləşdirib.

 

“Qaqazinfo” Goal-a istinadən xəbər verir ki, qiymətin müəyyən olunmasında futbolçunun cari müqaviləsi, yaşı, oynadığı mövqe, milli komandada çıxışı kimi kriteriyalar nəzərə alınıb.

 

100 futbolçunun yer aldığı siyahının ilk “onluğ”u belədir:

 

1. Neymar - 213 (25 yaş, PSG, 2022-ci ilə kimi müqavilə)

 

2. Lionel Messi - 202.2 (30 yaş, “Barselona”, 2021)

 

3. Harri Keyn - 194.7 (24 yaş, “Tottenham”, 2022)

 

4. Kilian Mbappe - 192.5 (19 yaş, PSG, 2022)

 

5. Paulo Dibala - 174.6 (24 yaş, “Juventus”, 2022)

 

6. Dele Alli - 171.3 (22 yaş, “Tottenham”, 2022)

 

7. Kevin de Bruyne - 167.8 (25 yaş, “Mançester Siti”, 2021)

 

8. Romelu Lukaku - 164.8 (24 yaş, “Mançester Yunayted”, 2022)

 

9. Antuan Qrizmann - 150.2 (26 yaş, “Atletiko Madrid”, 2022)

 

10. Pol Poqba - 147.5 (24 yaş, “Mançester Yunayted”, 2021)

 

Siyahıda ən bahalı müdafiəçi 101.5 milyon avro ilə Samuel Umititi (24 yaş, “Barselona”, 2021) olub. Ən bahalı qapıçı da “Barselona” üzvüdür: Mark-Andre ter Şteqen - 96.4 milyon avro.