• EUR 1.9921  
  • USD 1.7  
  • RUB 0.0273

İDMAN

Zidan yenə ən yaxşı məşqçi seçildi

  • 1301 dəfə
  • Tarix 09 Yanvar 2018 / 00:42
  • Lent.az

Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidanı “France Football”-un versiyası ilə 2017-ci ilin ən yaxşı fransalı məşqçisi seçilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 45 yaşlı mütəxəssis ardıcıl ikinci dəfə nəşr tərəfindən ilin məşqçisi elan edilib.

 

2016-cı ilin əvvəlindən “Reala” başçılıq edən Zidan ilk mövsümdə Çempionlar Liqası, UEFA Superkuboku və dünya klub çempionatında kluba qalibiyyət gətirib.

 

2016/17-ci il mövsümündə madridlilər Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olublar.