• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Stilist Anar Azərbaycanı tərk edir: "Röya da məni təbrik etmədi"

  • 10370 dəfə
  • Tarix 10 Yanvar 2018 / 12:39
  • Yalçın UĞUR

 

Azərbaycanlı stilist Anar Ağakişiyev yaradıcılıq işlərindən danışıb. Lent.az-ın məlumatına görə, “Günə son” verilişinə zəng edən dəb ustası yaradıcı işlərinin Azərbaycandan kənarda da diqqət mərkəzində olduğunu deyib: ""Daily mail" məndən artıq 3-cü dəfədir ki, yazır. Sadəcə təvazökar olduğum üçün bunu işıqlandırmadım. Dünyanın mindən artıq saytında çıxıb. Hindistan, Amerika, Türkiyə, Yunanistan, Danimarka, Böyük Britaniya və s. kimi ölkələrin saytlarında bu reportajlar işıqlanıb". 
 

O, dünyanın bir çox aparıcı media qurumunda yayımlanan əl işlərinə münasibət bildirib: "Bəzi paxıllar yalandan deyirlər ki, bunlar sifarişli yazılardır. Mənim 200 minim yoxdur ki, özümü reklam edim. Bir az əvvəl Türkiyənin "Bəyaz TV" kanalından mənə zəng edib reportaj etmək istədilər. Başqaları kimi artıq pulum yoxdur ki, öz PR-ma xərcləyim. Bir çox aqressiv şərhlər görürəm. Paxıllığımı çəkirlər. Onlar unudurlar ki, mən Azərbaycanı təmsil edirəm".

 

Anar daha sonra ölkəni tərk etməsi barədə danışıb: "Bu tip aqressiv şərhlərdən sonra qərara gəldim ki, bir neçə ay sonra ölkəni tərk edim. Önümdə 2 təklif var. Biri yaxındır, biri isə çox uzaq. Mənim burdakı işlərimi görəcək komandam var. O şərhləri yazanlara sübut etmək lazımdır ki, mən gedəndən sonra mənimlə şəkil çəkdirmək üçün 500 nəfərin arasından keçib gələcəklər".

 

Daha sonra stillist onun uğurunu təbrik edən və etməyən məşhurlardan danışıb: "Məni Sevda Yəhyayeva, Sevil-Sevinc bacıları, Nanə təbrik etdilər. Nigar Camal demişdi ki, mənim makiyajımı bəyənmir. Bu da ona cavab oldu. Röya da təbrik etmədi".