• EUR 2.0981  
  • USD 1.7  
  • RUB 0.0279

İDMAN

Kamerun yığmasının sabiq üzvü “Keşlə”də - FOTO

  • 2016 dəfə
  • Tarix 10 Yanvar 2018 / 14:04
  • ApaSport

Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami artıq ölkəmizdədi. 

 

O, paytaxt klubunun dünənki axşam məşqində iştirak edib. Tçaminin "Keşlə”də qalıb-qalmayacağı baxış müddətində özünü necə göstərməsindən asılıdı. Baş məşqçi Yuri Maksimov düşərgədə olan Məhəmməd Qurbanov və İdris Musluyev kimi, Tçami haqda yekun qərarı da bir neçə gündən sonra açıqlayacaq. 30 yaşlı cinah yarımmüdafiəçisi ukraynalı mütəxəssisin etimadını qazana bilsə, onunla müqavilə imzalanacaq. 

 

Tçani karyerası ərzində bir çox ölkədə legioner həyatı yaşayıb. Bu vaxta qədər “Hamburq II” (Almaniya), “Zaqlebie”, Poqon” (hər ikisi Polşa), “Karvina” (Çexiya), “Szolnoki”, “Honved” (hər ikisi Macarıstan), “Varnamo” (İsveç), "USM Bel-Abbes" (Əlcəzair), "Əl-Oruba" (Oman), “Girəsunspor” (Türkiyə) və “Feyrense” (Portuqaliya) klublarında oynamış vingerin son iş yeri ötən ilin oktyabr ayında ayrıldığı "Hajer” (Səudiyyə Ərəbistanı) olub.  

 

Tçami 2013-cü ildə Kamerun yığmasında debüt edib. O, millinin heyətində 1 oyun keçirib.