• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

9 şirkət Bakı Lokal Gəlirlər Departamentini məhkəməyə verdi

  • 1605 dəfə
  • Tarix 10 Yanvar 2018 / 14:27
  • APA

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyiyanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

 

APA-Economics”in məlumatına görə, "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və “Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

 

Bu şirkətlərlə yanaşı, fiziki şəxs - Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.  

 

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

 

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.