• EUR 1.9921  
  • USD 1.7  
  • RUB 0.0273

İQTİSADİYYAT

Gömrük komitəsi ötən ay büdcəyə neçə milyon manat ödəyib?

  • 1311 dəfə
  • Tarix 10 Yanvar 2018 / 16:08
  • APA

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 225 mln. 379,6 min manat təşkil edib.

 

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayı ilə müqayisədə daxilolmalar 9 mln. 625,8 min manat və ya 4,09% az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 8 mln. 365,2 min manat və ya 3,85% çoxdur.

 

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 mln. 905,2 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 132 mln. 850,2 min manat, aksizlər üzrə 15 mln. 674,7 min manat, yol vergisi üzrə isə 2 mln. 949,5 min manat təşkil edib.