• EUR  
  • USD  
  • RUB

DÜNYA

Kiyev Rusiya bazalarına hücumda əlinin olmadığını bildirdi

  • 1039 dəfə
  • Tarix 12 Yanvar 2018 / 07:44
  • Lent.az

Rəsmi Kiyev  Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.   

 

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.  

 

“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.

 

Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına   PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib. Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.