• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakı metrosunda özünü öldürən şəxslə bağlı YENİ XƏBƏR

  • 16709 dəfə
  • Tarix 12 Yanvar 2018 / 14:14
  • Nizam Rza

 

Bu gün Bakı metrosunun "Qara Qarayev" stansiyasında 47 yaşlı kişinin özünü qatarın altına ataraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Lent.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlunun intihar etməsi ilə əlaqədar Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

 

 

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəmilov uzun illər ağır xəstəlikdən əziyyət çəkib. O, Qarabağ müharibəsi iştirakçısı olub və müharibədə ağır yaralanıb.

 

Qeyd edək ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

 

*****

 

11:00

 

Bu gün Bakı metrosunda özünü qatarın altına atan şəxs xəstəxanada vəfat edib. Lent.az xəbər verir ki, "Qara Qarayev" metro stansiyasında özünü qatarın altına atan və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.

 

Bildirilir ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

*****

 

10:03

 

Bakı metrosunda intihara cəhd olub. Lent.az xəbər verir ki, səhər saatlarında "Qara Qarayev" metro stansiyasında 50-60 yaşlı kişi özünü qatarın altına atıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Xəstəxanadan Lent.az-a bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən şəxs 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğludur.

 

Bakıl Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib: “Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb”.