• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

HADİSƏ

Ramil Usubov bu polis bölməsinin rəisini dəyişdirdi

  • 2905 dəfə
  • Tarix 12 Yanvar 2018 / 12:29
  • APA
Bakıda polis bölməsinin rəisi dəyişdirilib.
 
 
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
 
 
21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
 
 
 
Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.