• EUR 2.0771  
  • USD 1.7  
  • RUB 0.0276

MAQAZİN

“Pişik” Günel 1 aya 8 kilo arıqlayıb, bu hala düşdü - GÖRÜNTÜLƏR

  • 20707 dəfə
  • Tarix 13 Yanvar 2018 / 12:00
  • Yalçın UĞUR

 

Onlar daima efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb, idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik. Budəfəki “idmançımız” isə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova oldu.

 

- Demək olar ki, evdə bütün günü idmanla məşğulam. Çünki uşağımla oynamaq, onun arxası ilə gəzmək də bir idmandır. Amma qarşıma məqsəd qoydum, idman zalına da gəlirəm. Məşqçim Amilin sayəsində 1 aya 8 kilo arıqladım. Hər zaman mənə sual verirlər ki, necə arıqladım? Həm məşq proqramı, həm də gün ərzində 2 litr su içirəm. Məşqçim mənə pəhriz proqramı da yazıb, amma ona əməl etmirəm. ( gülür )

 

- İdmanla 1 aya 8 kilo arıqladın, amma əməliyyatla arıqladığını iddia edənlər də var.

 

- Mənim bədənimdə plastik əməliyyat yoxdur. Sadəcə, burun və dodaq əməliyyatı olub. Təbii ki, gələcəkdə lazım olsa, etdirəcəm. Amma hələ ehtiyac duymuram.

 

- İdmana başlayandan nələrdən imtina etmisən?

 

- Yeməyimə fikir verirəm. Çoxlu su içirəm.

 

- Trenajordan başqa idmanın hansı növünə maraq göstərirsən?

 

- Əslində ən sevdiyim idman növləri üzgüçülük və böyük tennisdir. Bu idman növlərindən heç bir zaman yorulmaram, bezmərəm.

 

- Uşaq vaxtlarında hansısa idman növü ilə məşğul olmusan?

 

 - Hə, məktəb vaxtı həndbola getmişəm.

 

 - Günün neçə saatını idmana ayırırsan?

 

- Mən fasilə ilə məşq edirəm. Ən çox rəfiqələrimlə məşqə gəlirəm. Onlarla da gələndə o qədər danışırıq, qeybət ediririk ki, idman yaddan çıxır. (gülür)

 

 - Bir az da şou-biznesdən danışaq. Günel şou aləmini izləyirmi?

 

- Hərdən. Onu da televiziya vasitəsi ilə yox, sayt vasitəsi ilə. Bizim evdə yalnız cizgi film kanalı göstərir. O da uşağa görə.

 

- Bir müddət öncə telekanalların birində veriliş açmışdın, aparıcı kimi fəaliyyət də göstərirdin. Amma nədənsə aparıcılığın çox çəkmədi.

 

- Səbəbin nədən ibarət olduğunu heç özüm də bilmirəm. Bu veriliş sadəcə layihə verilişi idi. Ona görə də aparıcılıq etdiyim həmin telekanalın rəhbərliyi ilə aramda heç bir narazılıq olmadı. Münasibətimiz bu gün də normaldı. Amma onu da deyim ki, yenidən aparıcılığa bşlayacam. Layihə hazırlayıram. Bu dəfə yemək verilişi deyil.

 

- Bu günə qədər Günel Ələkbərova adı qalmaqallarda çox hallanıb...

 

- Çox təəssüflər olsun ki, qalmaqal deyəndə 2-3 sırada mənim adım hallanır. Amma doğurdan da mən ilk olaraq kiminsə bostanına daş atmamışam. İstəməzdim, belə olsun.

 

- Müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasında sənin ifa tərzinə lağ eləmişdi. Münasibətin?

 

- Sevir də məni. (Gülür) Ondan xəbərim yoxdur. Rəqsanə özü bomba oxuyur axı. Studiyada canlı bir mahnı oxumuşdu... Bir kişi nə bilim nə... Mən mahnı oxuyanda necə mızıldaya bilərəm ki? 2003-ci ildən peşəkar səhnədəyəm. İlk addımlarımı səhnəyə qoyduğum andan səsimi xalq artistimiz Aygün Kazımovanın səsinə bənzədiblər. Aygün xanım mızıldayır ki? Doğurdan da Rəqsanəni çox istəyirəm. Amma ayıbdır, ay qız, bu nədi?

 

- Sonda G.Ələkbərovanın idman müəllimi Amin bəy danışdı: “Günel xanımın kaprizləri çoxdu. Amma məşqə gəlir və tapşırıqları yerinə yetirir. Onu da deyim ki, məşqin ortasında gedib çay, su içir. Düz 1 saatlıq məşqimiz 3 saata qədər uzanır. Kaprizləri həddən artıq çoxdur. Amma maşallah olsun, iradəsi güclüdür. 1 aya istənilən nəticəni verdi, 8 kilo arıqladı. Məşqə başlayandan Günel xanıma əsəbiləşməyi, yağlı yeməyi qadağan etmişik.