• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

SOSİAL

Sabahdan 6 marşrutun son dayanacağı dəyişdirilir - Sərnişinlərin diqqətinə!

  • 10051 dəfə
  • Tarix 12 Yanvar 2018 / 17:41
  • Lent.az

 

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

 

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq.