• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

DÜNYA

Astanada siçanlar bankomatda olan bütün pulları yeyib

  • 2006 dəfə
  • Tarix 12 Yanvar 2018 / 23:38
  • Lent.az

Qazaxıstanda maraqlı görüntülər lentə alınıb.

 

Belə ki, Astanada siçanlar bankomatda olan bütün pulları yeyib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, bank əməkdaşları bankomatın kasetini açdıqda iri nominallı əskinazların altında siçanların gizləndiyini görüblər. Bu gəmiricilər bütün pulları məhv ediblər. Əskinazlar isə ən kiçiyi 2000 tenqe (6 manat), ən böyüyü isə 10 min tenqe (30 manat) dəyərində olub.

 

Beləliklə, gəmiricilər bankın ən azı 100 min tenqesini (300 manat) “yemiş” oldular.