• EUR 2.0771  
  • USD 1.7  
  • RUB 0.0276

HADİSƏ

Azərbaycanda axtarışda olan 26 nəfər tutulub

  • 1676 dəfə
  • Tarix 13 Yanvar 2018 / 10:17
  • Lent.az

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Gün ərzində respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.