• EUR 2.078  
  • USD 1.7001  
  • RUB 0.03

DÜNYA

Rusiyada kafedə zəhərlənənlərin sayı 150 nəfərə çatıb - YENİLƏNİB

  • 3313 dəfə
  • Tarix 14 Yanvar 2018 / 10:52
  • APA

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şəhərdə yerləşən “Şulon do” kafesində bir gündə 150 nəfər zəhərlənib. Onlardan 64 nəfərinin vəziyyəti ağırdır. Hazırda kafe bağlanıb.

 

İlkin məlumata görə, kafedə zəhərlənənlərin hamısı orada sezar salatı yeyib. Faktla bağlı cinayət işi qaldırılıb.

 

 

*****

 

 

13 yanvar

 

 

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli kafelərin birində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 46 nəfərin halı pisləşib.

 

Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.

 

Zəhərlənənlərdən 8 nəfər yeniyetmədir.