• EUR 2.078  
  • USD 1.7001  
  • RUB 0.03

İDMAN

“Qarabağ” dünya reytinqində irəlilədi

  • 2149 dəfə
  • Tarix 13 Yanvar 2018 / 11:30
  • ApaSport

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 541-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

 

368 xala malik “Keşlə” 781-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 822-ci pillədədi. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 844-cüsüdü. Bu klublardan “Keşlə” 2 pillə gerilədiyi halda, digərləri mövqelərini qoruyublar.

 

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17500 xalla 1-ci, “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cüdü.