• EUR 2.078  
  • USD 1.7001  
  • RUB 0.03

MAQAZİN

Xatirə özündən çıxdı: "Ay üzdən iraq! Sənin..."

  • 15174 dəfə
  • Tarix 13 Yanvar 2018 / 12:17
  • Lent.az

 

Müğənni Xatirə İslam yenə tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, sənətçinin bir neçə gün bundan əvvəl “Bizimləsən” verilişində verdiyi açıqlaması sosial şəbəkələrdə müzakirə olunub.

 

Xatirənin proqramda  “Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım” – deməsi birmənalı qarşılanmayıb.

 

Müğənni "İnstagram" səhifələrində tənqid və təhqirlərə məruz qalıb. Xatirə sözügedən açıqlamadan sonra bir neçə gün bundan əvvəl müzakirələrə səbəb olan qırmızı paltarda fotosunu paylaşıb.

 

Həmin fotoya 200-dən artıq şərh yazılıb və ifaçı yenə tənqidlərlə üzləşib. Xatirə bir neçə rəyi silsə də, əsəbilərini cilovlaya bilməyib.  O, sosial şəbəkə istifadəçinin təhqirinə susmayıb və “Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol” şərhini yazıb.