• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

İDMAN

Neymar 2 il həbs edilə bilər

  • 2178 dəfə
  • Tarix 13 Yanvar 2018 / 15:02
  • ApaSport

PSJ-nin braziliyalı hücumçusu Neymar növbəti dəfə məhkəməyə çağırılıb. Apasport.az saytının məlumatın görə, o, 2013-cü ildə “Santos”dan “Barselona”ya keçidinin rəsmiləşdirilməsi zamanı baş verən fırıldaqçılıq səbəbindən hakim qarşısına çıxacaq.

 

Məhkəməda İspaniya klubunun prezidenti və Neymarın atası da cavab verməli olacaqlar. Onlar barəsində DİS investisiya fondu iddia qaldırıb. Fond hesab edir ki, tərəflərin bir-biri ilə danışığa getməsi səbəbindən onlara çatacaq məbləğin bir hissəsini almayıb.

 

Belə ki, Neymarın transfer hüquqlarının bir hissəsi DİS-ə məxsus olub və bu keçid 57,1 milyon avroya rəsmiləşib. Lakin fond transferin daha yüksək məbləğə həyata keçdiyi qənaətindədi. Bu səbəbdən də tərəflər növbəti dəfə məhkəmə qarşısına çıxacaqlar. Əgər fırıldaq sübuta yetirilərsə, Neymarı 2 il həbs cəzası və 10 milyon avro pul cəriməsi gözləyir.