• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

Azərbaycanlı deputat komaya düşüb - AÇIQLAMA

  • 6630 dəfə
  • Tarix 13 Yanvar 2018 / 15:37
  • Lent.az
 
70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Nəriman Əliyevin komaya düşüb.  
 
Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.
 
 
Cavanşir Paşazadənin sözlərinə görə, artıq Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.
 
Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.