• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

SOSİAL

Deputat yaxın qohumlara çağırış etdi

  • 4785 dəfə
  • Tarix 13 Yanvar 2018 / 19:25
  • Lent.az
 
Görülən bir sıra tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda qohum evliliklərinə üstünlük verənlər kifayət qədərdir. İllərdir ölkəmizdə qalan bu ənənəyə təbii ki, daha çox kənd və qəsəbələrdə rast gəlmək olar.
 
Övladlarını yaxın qohumla evləndirməyə çalışan bəzi valideynlər çox vaxt bu evliliyin gətirəcəyi fəsadlardan xəbərsiz olurlar.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Modern.az-a bildirib ki, qohum evliliklərindən irəli gələn ən əsas problem irsi qan xəstəliklərinin yaranmasıdır: “Bu evliliklərdən doğulan uşaqlarda hemofiliya, talassemiya xəstəlikəri və bəzi pozğunluqlarla müşayiət olunan əqli geriliyin inkişafı baş verə bilir”.
 
 
İlham Məmmədovun sözlərinə görə, qohum evliliklərin qarşısının alınması məqsədilə Milli Məclis tərəfindən Ailə Məcəlləsinə edilən dəyişiklik var: 
 
“Tək bu məsələylə bağlı deyil, eləcə də cinsi yolla keçən xəstəliklərin və istənilən irsi yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə nikah qeydiyyatından qabaq qanın müayinəsinin aparılması nəzərdə tutulub. Təbii ki, bu yolla hər hansı problem varsa, üzə çıxır. Ancaq bu tədbir evlilik hüququnun qarşısını almır. Sadəcə onlara evlənmək istəyənlərə məsləhət verilir və baş verəcək təzahürlərlə bağlı xəbərdarlıq olunur”.
 
 
İlham Məmmədovun fikrincə, bu məsələylə bağlı ciddi maarifləndirmə işləri aparılmasına ehtiyac var: “Qohum evliklərinin hələ də qalması mental xüsusiyyətlərdən və adət-ənənədən irəli gəlir. Amma son illərdə görülən tədbirlər, maarifləndirmə işləri bu məsələnin qarşısını xeyli alıb”.
 
Deputat qohum evliliyinə üstünlük verən valideynləri bundan çəkinməyə çağırıb.