• EUR 1.9921  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Bərdədə 4 otaqlı ev yandı

  • 1655 dəfə
  • Tarix 14 Yanvar 2018 / 10:44
  • Lent.az

Bərdə rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradəmirçi kəndində ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 20 m2 və tavanın şüşə pambıq üzlüyü 143 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.