• EUR 2.0859  
  • USD 1.7001  
  • RUB 0.0302

HADİSƏ

Bakıda qəribə hadisə: qadın kişini mağazada döydü

  • 5344 dəfə
  • Tarix 14 Yanvar 2018 / 14:07
  • Nizam Rza

Bakı sakini üzləşdiyi xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Müslüm Səfərov 102-yə zəng edərək bildirib ki, qohumu, 1976-cı il təvəllüdlü Ulduz Səfərova mağazada onu döyüb. 40 yaşlı kişinin sözlərinə görə, hadisə N.Quliyev küçəsi 36 ünvanındakı marketdə baş verib və qadın tərəfindən döyülərək xəsarətlər alıb.

 

Müraciət əsasında araşdırma aparılır.