• EUR  
  • USD  
  • RUB

SOSİAL

Qəbiristanlıqlar barədə qanun dəyişdi

  • 4688 dəfə
  • Tarix 18 Yanvar 2018 / 19:21
  • Nizam Rza

“Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:

 

1. İkinci abzasda “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilsin.

 

2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

 

“Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.

 

Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində “stadionların və idman meydançalarının” sözləri “stadionların, idman meydançalarının və qəbiristanlıqların” sözləri ilə əvəz edilib.