• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

SİYASƏT

Həmsədrlər yenə regiona gələcək

  • 966 dəfə
  • Tarix 18 Yanvar 2018 / 21:44
  • Lent.az

ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər. APA-nın xəbərinə görə, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov  Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

 

 

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.