• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Şirkətə 14 min manat "atan"a HÖKM OXUNDU

  • 924 dəfə
  • Tarix 19 Yanvar 2018 / 11:09
  • Səlcuq Elçin

 

 

Bakıda  çalışdığı şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən satış meneceri Niyal Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, N.Cabbarov məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, N.Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinib.

 

İstintaq dövründə İ.Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməyib.