• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

MAQAZİN

35 kilo arıqlayan Aşıq Əli canlı efirə gəldi – VİDEO - FOTO

  • 8155 dəfə
  • Tarix 19 Yanvar 2018 / 11:26
  • Yalçın UĞUR

Aşıq Əli Tapdıqoğlu “əməliyyatla 35 kilo çəki atıb” xəbərlərinə münasibət bildirib.

 

Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan aşıq bildirib ki, əməliyyat etdirməyib: “Allah insana hər şey verib. Necə veribsə, onu dəyişmək olmaz. Çünki onun rəssamı Allahdır. Rəssamın çəkdiyi şəkli poza bilməzsən. Heç bir xəstəliyim yoxdur. Sadəcə pəhriz vasitəsi ilə arıqladım. Yaxşı dostlarım sağ olsunlar. Onların sayəsində arıqladım. İnsanı düzəldən dostları olur. Ətrafın necə olursa, özün də elə olursan”.

 

Aşıq Əli onu da əlavə edib ki, arıqlamaq xəbəri mediada daha çox müzakirə olunub: “Mən sənətdə elədiklərimlə gündəmi ələ ala bilmədim. Amma mənə elə gəlir ki, bu sənətdə nələrsə eləmişəm. Çünki Fransa səhnəsində və bir sıra ölkələrdə çıxış edəndə bir nəfər mənə zəng edib təbrik etmədi. Bəzi jurnalistlər ancaq pis şeyi yazır".

 

Qeyd edək ki, mətbuatda aşıq Əlinin mədə kiçiltmə əməliyyatı keçirdiyi və bunun sayəsində 35 kilo çəki atdığı iddia edilmişdi.