• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Tükiyəyə qadın aparan Lətafəti azadlığa buraxdılar

  • 963 dəfə
  • Tarix 19 Yanvar 2018 / 12:07
  • Səlcuq Elçin
 
 
Azərbaycanlı qadınları Türkiyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən  Lətafət Fərhadlının cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Lətafət Fərhadlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib. Lətafət Fərhadlıya sınaq müddəti seçilərək məhkəmə zalından azadlığa buraxılıb. 
 
Qeyd edək ki, Lətafət Fərhadlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun iki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu məlum olub.
 
Lətafət Fərhadlıya Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham verilib.