• EUR  
  • USD  
  • RUB

İDMAN

“Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində sonuncu yarış təşkil edilib

  • 751 dəfə
  • Tarix 19 Yanvar 2018 / 12:01
  • Lent.az

 

 
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə  Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində sonuncu at yarışını təşkil edib.
 
 
Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılmasıdır.
Layihə çərçivəsində “Mustanq” atçılıq klubunda “İdeal atçılıq” klubunun üzvləri arasında sonuncu yarış təşkil olunub. Yarışda “Mustanq” atçılıq klubunun nümayəndələri, Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev, Heydər Əliyev Mərkəzin direktoru Aygün Həsənzadə, layihənin təlimçisi Afərin Namazova iştirak ediblər. Yarışları tibb məntəqələrinin ambulator maşını izləyib. Yarışlarda düz və maneəli qaçışlar nümayiş etdiriblər, atüstü manevrlər edilib.
Sonda gənclərə maarifləndirici buklet və posterlər paylanıb.
 
 
Yarışda fəal iştirak edən gənclərə diplomlar və hədiyyələr təqdim olunub.