• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Həbsdə olan tanınmış şair azadlığa çıxmaq istəyir

  • 2459 dəfə
  • Tarix 19 Yanvar 2018 / 17:27
  • Səlcuq Elçin

 

Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

 

O bildirib ki, şairin müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib: “Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib”. 

Vəkilin sözlərinə görə,  onun indiki halda azadlığa buraxılması mümkündür.

Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.

 

Qeyd edək ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, keçmiş vergilər nazirinin müşaviri Asif Cahangirovu hədələyib, ondan 10 min manat pul almaqda suçlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı il mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib. Ancaq kasasiya şikayəti təmin olunmayıb.